Rusiya Ukraynaya təbii qaz nəqlini kəsdi

Rusiyanın enerji şirkəti “Qazprom” Ukraynaya təbii qaz nəqlini bu gün səhər dayandırıb.
1news.az “Yeni şafak” nəşrinə istinadən xəbər verir ki, “Qazprom”un direktoru Aleksey Miller açıqlamasında bildirib: “Bu gün səhər saatlarından etibarən Ukraynanın əvvəlcədən ödəmə sistemi ilə aldığı təbii qaz bitti. Yeni ödəmə edilmədiyinə görə bu ölkəyə təbii qaz nəqli dayandırılıb”.
Xatırladaq ki, Ukraynanın Beynəlxalq Təbii Qaz Şirkəti- “Naftoqaz”un rəhbəri Andrey Kobolev yaxın günlərdə veridiyi müsahibə zamanı Ukraynanın bu qış rus qazına ehtiyacı olmadığını söyləmişdi.
Andrey Kobolev qeyd edib ki, ölkənin qaza olan ehtiyacı lazım gələrsə Aİ-dan tərs axıntı üsulu ilə alınacaq. “Naftoqaz”ın direktorunun sözlərinə görə, 2016-cı ilin ilk aylarında Ukraynada təbii qazin qiymətinin düşəcəyi gözlənilir.