Dövlət Departamenti Hillari Klintonun 5 min səhifəlik elektron yazışmasını dərc edib | 1news.az | Xəbərlər
Dünya

Dövlət Departamenti Hillari Klintonun 5 min səhifəlik elektron yazışmasını dərc edib

09:16 - 01 / 12 / 2015
Dövlət Departamenti Hillari Klintonun 5 min səhifəlik elektron yazışmasını dərc edib

ABŞ Dövlət Departamenti ölkənin prezidentliyə namizədi Hillari Klintonun 5 min səhifədən çox elektron yazışmasını dərc edib, “Washington Times” məlumat yayır.

Bu haqda 1news.az “РИА Новости”-yə istinadla xəbər verir.

Klintonun dövlət katibi olduğu zamanlar xidməti yazışmasını şəxsi serverindən istifadə etməsi ciddi tənqidlərə səbəb olub. Belə ki, opponentlər bəyan ediblər ki, şəxsi məlumatlar hakerlərin əlinə keçə bilərdi və bununla da o, Amerika qanunlarına zidd olaraq lazımi məlumatları silmək məcburiyyətində qalardı. Belə ki, ABŞ qanunlarına görə, səlahiyətli şəxslərin yazışmaları qorunmalıdır.

ABŞ hökuməti son yazışmaların 325-dən çox səhifəsini gizli məlumatlar bölməsinə yerləşdirib. Həmin yazışmalardan çox hissəsi Dövlət Departamentinin əməkdaşları ilə, bəzisi də İngiltərənin eks baş naziri Toni Bleyerlə olanlardır. Nəşriyyat aydınlıq gətirir ki, yüksək vəzifəli dövlət məmurlarının bir-biri ilə istənilən yazışmaları gizli məlumatlar bölməsinə yerləşdirilir.

Klinton Dövlət Departamentinə öz elektron yazışmasının 55 mindən çox səhifəsini verib, lakin 31 min səhifəni də silib, belə ki, həmin səhifələrdə işə aiddiyyatı olmayan şəxsi məlumatların olduğunu qeyd edib. Klintonun bu hərəkəti istər respublikaçılar, istərsə də demokratlar arasındakı düşmənlərinin tənqidinə səbəb olub.

1news.az

 

Paylaş:
634

Son xəbərlər

Bütün xəbərlər