Monteneqro NATO-ya qəbul edildi
NATO ölkələrinin xarici işlər nazirləri Monteneqronun alyansa qəbulunu təsdiqləyiblər.
1news.az-ın Reuters-əistinadən verdiyi məlumata görə, NATO baş katibi Yens Stoltenberq bu münasibətlə Monteneqronu təbrik edərək bunu çox gözəl birliyin başlanğıcı kimi dəyərləndirib.
Qeyd edək ki, Monteneqro NATO-nun 29-cu üzvü olmaq şansı qazanıb. Ölkənin alyansa qəbulu proseduru 1,5 il çəkə bilər.
Rusiya Monteneqronun NATO-ya üzvlüyü ilə bağlı aparılan danışıqlara qarşı çıxış edir.Bu addımın Rusiya Xarici İşlər NazirliyindəAvropanın təhlükəsizliyinə ciddi zərbə adlandırıblar.
1news.az
634