“Air France” aviaşirkətinə məxsus 2 təyyarə partlayış təhlükəsi səbəbindən marşrutunu dəyişib | 1news.az | Xəbərlər
Dünya

“Air France” aviaşirkətinə məxsus 2 təyyarə partlayış təhlükəsi səbəbindən marşrutunu dəyişib

07:49 - 18 / 11 / 2015
“Air France” aviaşirkətinə məxsus 2 təyyarə partlayış təhlükəsi səbəbindən marşrutunu dəyişib

Los Ancelesdən Parisə uçan “Air France” aviaşirkətinə məxsus təyyarə təhlükəsizlik nöqteyi-nəzərindən ABŞ-ın Yuta ştatındakı Solt-Leyk-Siti hava limanına yönəldilib. 

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Federal Mülki Aviasiya İdarəsinin mətbuat katibi bildirib ki, təyyarənin marşrutunun dəyişdirilməsinə səbəb onun göyərtəsində partlayıcı qurğunun olması barədə məlumatın daxil olması olub.

Məlumata görə, təyyarə artıq insidentsiz eniş edib, sərnişinlər terminala yerləşdirilib.   

Vaşinqton-Paris reysi ilə uçan “Air France” aviaşirkətinə məxsus digər təyyarə partlayış təhlükəsi səbəbindən marşrutunu dəyişərək Kanadanın Qalifaks hava limanına enib. Bu barədə aeroportun vitse-prezidenti məlumat verib. O, sərnişinlərə təhlükə olmadığını bildirib, lakin təyyarənin marşrutunu dəyişərək eniş etməsinin səbəbinə aydınlıq gətirə bilməyib. 

1news.az

Paylaş:
511

Son xəbərlər

Bütün xəbərlər