Almaniya-Niderland matçının keçiriləcəyi stadionun qarşısında bomba aşkarlanıb | 1news.az | Xəbərlər
Dünya

Almaniya-Niderland matçının keçiriləcəyi stadionun qarşısında bomba aşkarlanıb

01:23 - 18 / 11 / 2015
Almaniya-Niderland matçının keçiriləcəyi stadionun qarşısında bomba aşkarlanıb

Bir müddət əvvəl terror təhlükəsi səbəbindən təxirə salınmış Almaniya-Niderland futbol matçının keçiriləcəyi planlaşdırılan Hannover stadionu yaxınlığındakı avtomobillərin birində partlayıcı qurğu aşkarlanıb. 

1news.az-ın verdiyi xəbərə görə, bu barədə “Deutsche Welle” nəşri məlumat yayıb.    

Məlumatda qeyd olunur ki, partlayıcı qurğu “təcili yardım” avtomobilində aşkarlanıb.  

Hannover polis idarəsinin rəisinin sözlərinə görə, terrorçular partlayıcı qurğunu stadionun daxilində partlatmağı planlaşdırıblar. Hadisə ilə əlaqədar stadionun qarşısına çoxlu sayda polis əməkdaşları cəlb edilib.  

Qeyd edək ki, Hannoverin “HDI- Arena” stadionunda keçiriləcəyi planlaşdırılan oyunu tribunadan Almaniya kansleri Angela Merkelin izləyəcəyi gözlənilirdi. 

1news.az

Paylaş:
587

Son xəbərlər

Bütün xəbərlər