Florida sakini müsəlmanları təhdid etdiyinə görə həbs olunub
ABŞ-ın Florida ştatının sakini Martin Alan Şnitsler Parisdə törədilmiş terror aktlarından sonra müsəlmanları təhdid etdiyinə görə həbs olunub.
1news.az-ın “РИА Новости”-yə istinadla verdiyi xəbərə görə, Alan Şnitsler terror aktlarından az müddət sonra Pinellas dairəsindəki yerli müsəlman klubuna zəng edərək, “alışdırıcı bombalar atmaq və içəridə olan hər kəsi atəş açaraq qətlə yetirmək”lə təhdid edib.
Şnitsler zəng etdiyi mobil telefon nömrəsi üzrə asanlıqla tapılıb.
O, təhdidə görə 10 il müddətinə azadlıqdan məhrum edilə bilər. Həbs edilmiş şəxsin üzərində hər hansı silah və ya digər təhlükəli əşya aşkarlanmayıb.
1news.az
627