Türkiyənin iqtisadiyyat naziri: “Azərbaycan əsl qardaş ölkə olduğunu göstərdi” | 1news.az | Xəbərlər
Dünya

Türkiyənin iqtisadiyyat naziri: “Azərbaycan əsl qardaş ölkə olduğunu göstərdi”

11:24 - 07 / 12 / 2015
Türkiyənin iqtisadiyyat naziri: “Azərbaycan əsl qardaş ölkə olduğunu göstərdi”

Türkiyənin iqtisadiyyat naziri Mustafa Elitaş Kayseridə keçirilən konfransda Azərbaycanla bağlı danışıb.

1news.az Milliyet qəzetinə istinadla xəbər verir ki, nazir əvvəlcə Xəzər dənizində baş vermiş faciə ilə bağlı Azərbaycana başsağlığı verib, yaralılara şəfa diləyib.

Mustada Elitaş deyib ki, Türkiyə ilə Rusiya arasında gərginlik başlayan andan Azərbaycan dostluğunu, qardaşlığını göstərib:

“Azərbaycan Rusiyanın Türkiyə yük maşınlarına tətbiq etdiyi qadağadan sonra sərhəddə qalan 300 yük maşınının təhlükəsiz hərəkətini təmin edib”.

Nazir onu da deyib ki, Azərbaycan nəqliyyat rüsumlarını da 40% endirib və yeni qaydalar ən yaxın zamanda tətbiq olunacaq:

“Viza problemləri var idi. Onlar da düzələcək”.

1news.az

Paylaş:
1176

Son xəbərlər

Bütün xəbərlər