Ermənistan parlament idarəetmə formasına keçir
Ermənistanın Mərkəzi Seçki Komissiyasının konstitusiya referendumunun səsvermənin nəticələrinin elektron hesablaması səhər saat 6-da başa çatıb.
1news.az “newsarmenia”-ya istinadən xəbər verir ki, bu saat üçün 1997 seçki dairəsinin nəticələri hesablanıb.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, konstitusiya islahatlarına seçicilərin 63,35%-i “bəli”, 32,35%-i isə “xeyr” deyib.
Dekabrın 6-da keçirilən referendum seçicilərin həddən artıq zəif iştirakı ilə fərqlənib. Seçkilərdə seçicilərin 50,51%-i iştirak edib. Bu, son 2013-cü il prezident seçkilərindəki göstəricidən 9,5% azdır.
1news.az
1154