Hindistanda sel nəticəsində 400-dən çox adam ölüb | 1news.az | Xəbərlər
Dünya

Hindistanda sel nəticəsində 400-dən çox adam ölüb

13:21 - 07 / 12 / 2015
Hindistanda sel nəticəsində 400-dən çox adam ölüb

Hindistanın cənubundakı Tamil Nadu ştatında noyabrın 9-dan bəri azı 400 nəfər sel və daşqın qurbanı olub. Bir milyondan çox ştat sakini evsiz-eşiksiz qalıb.

1news.az TASS-a istinadən xəbər verir ki, bu məlumatı Hindistan Fövqəladə Hallar üzrə Milli İdarə dərc edib.

Sel və daşqınlardan ən çox əziyyət çəkmiş yaşayış məntəqələrindən biri ştatın paytaxtı, əhalisi təxminən 5 milyon olan Çennai şəhəri olub. Orada 325 nəfər ölüb ki, onlardan 18-i xəstəxanada olarkən enerji təchizatındakı problemlərə görə yaşamı təmin edən aparatların sönməsi nəticəsində dünyasını dəyişib.

Yalnız rəsmi məlumatlara görə, Tamil Nadu ştatındakı müvəqqəti yaşayış düşərgələrində bir milyondan artıq adam var. Çennaidə hələ də bir çox küçələr, o cümlədən əsas nəqliyyat magistralları su altında qalıb, telefon əlaqəsi kəsilib, yaşayış məntəqələrinin 60 faizindən çoxu elektrik enerjisinə həsrət qalıb. Şəhərdə sənaye müəssisələrinin fəaliyyəti dayandırılıb.

Paylaş:
645

Sizin üçün xəbərlər

Son xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:44
Bütün xəbərlər