Davudoğludan iraqlı həmkarına məktub: “Mosula əsgər göndәrilməyəcək”
TürkiyəninBaş naziri Əhməd Davudoğlu ölkəsinin keçən ilin mart ayından etibarən tətbiq etdiyi təlim proqramı və burada olan qüvvələrinin vəzifə və fəaliyyətlərinə dair İraq baş naziri Heydər Əl-İbadiyə məktub göndərib.
1news.az“Anadolu” agentliyinə istinadən xəbər verir ki, Davudoğlu məktubunda, İraqın bütün ölkələr tərəfindən hörmət göstərilməli olduğuna inandığı, suverenliyi və ərazi bütövlüyü məsələsində ən həssas ölkələrdən olan Türkiyənin də bunu aradan aparacaq hər hansı bir addım atmayacağını deyib.
Türkiyə baş naziri İraq hökumətinin həssaslıqları aradan qalxana qədər Mosula qüvvə yerləşdirilməyəcəyini bildirib. Məktubda Türkiyənin İraqa İŞİD-lə mübarizəsində hər cür dəstəyi qətiyyətlə verməyə davam edəcəyini, bu barədə İraq hökuməti ilə olan əməkdaşlığını məsləhətləşmə və koordinasiya daxilində genişləndirmək istədiklərini ifadə edib.
Baş nazir Davudoğlu məktubunda İraqla Türkiyənin əməkdaşlıqdan narahat olan və bunun sona çatmasını istəyən mərkəzlərin məqsədlərinə çatmasına yol verməməli olduğunu vurğulayıb.
1news.az