Rusiyanın 50 gəmisi Xəzərdə təlim keçirir | 1news.az | Xəbərlər
Dünya

Rusiyanın 50 gəmisi Xəzərdə təlim keçirir

13:32 - 07 / 12 / 2015
Rusiyanın 50 gəmisi Xəzərdə təlim keçirir

Rusiyanın Xəzər donanmasının gəmilərinin heyəti hərbi hazırlıq çərçivəsində təlimlərə başlayıblar.

1news.azРИА Новости”-yə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Cənub hərbi dairənin mətbuat xidməti məlumat yayıb.

“İlk kurs vəzifəsinin elementlərinin yerinə yetirilməsinə 50 gəmi, o cümlədən “Tatarıstan” və “Dağıstan” raket gəmiləri, “Qrad Sviyajsk”, “Uqliç”, “Veliki Ustyuq”, “Volqodonsk”, “Maxaçkala”, “Astraxan” kiçik raket və artilleriya gəmiləri başlayıb”, - press-relizdə deyilir.

Dənizçilər gəminin döyüşə və səfərə hazırlığına, sağ qalmaq uğrunda mübarizəyə, hava əleyhinə müdafiəyə dair müxtəlif təlimlər keçirirlər.

1news.az

 

 

Paylaş:
1061

Son xəbərlər

Bütün xəbərlər