Rusiyadan olan bütün turistlər Türkiyəni tərk etdi | 1news.az | Xəbərlər
Dünya

Rusiyadan olan bütün turistlər Türkiyəni tərk etdi

15:43 - 07 / 12 / 2015
Rusiyadan olan bütün turistlər Türkiyəni tərk etdi

Turoperatorlar vasitəsilə Türkiyədə olan bütün Rusiya vətəndaşlarıartıq öz ölkələrinə qayıdıb.

1news.az-ın verdiyi xəbərə görə, bunu “Интерфакс-Туризм” portalına bazar ertəsi Rosturizm-in mətbuat xidmətinin rəhbəri Svetlana Sergeyeva bildirib.

“Noyabrın 25-də Türkiyədə olan 9964 nəfər Rusiya vətəndaşı turoperatorlar vasitəsilə ölkəyə qayıdıb. Orada yalnız bir neçə turist qalıb ki, onlar da tezliklə qayıdacaq”, - Sergeyeva bildirib.

Xatırladaq ki, sənədə əsasən Rusiya cari ilin dekabrın 1-dən etibarənTürkiyəyə uçan bütün çarter reyslərini qadağan edir.

2016-cı ilin yanvarın 1-indən isə Rusiya Türkiyə vətəndaşlarına vizasız rejim tətbiq edəcək.

1news.az

Paylaş:
709

Son xəbərlər

Bütün xəbərlər