1,5 milyardlıq xəzinə daşıyan gəmi tapıldı | 1news.az | Xəbərlər
Dünya

1,5 milyardlıq xəzinə daşıyan gəmi tapıldı

12:19 - 05 / 12 / 2015
1,5 milyardlıq xəzinə daşıyan gəmi tapıldı

Kolumbiyada ispan gəmisi “San-Xose”nin qalıqlarını tapıblar, gəmi Kartaxen sahillərində batıb. Onun yükünün zümrüd, qızıl və gümüş sikkələrdən ibarət olduğu ehtimal edilir.

1news.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə dekabrın 4-də ölkə prezidenti Xuan Manuel Santos bəyan edib.

Ölkə rəhbəri şənbə günü dekabrın 5-də mətbuat konfransında bu barədə daha geniş məlumat verəcəyini deyib.

“San-Xose” 1708-ci ildə Akrib dənizində Kartaxen liman şəhərinin sahillərində batıb. O, İspaniya varidatı uğrunda ingilislərlə müharibədə iştirak edən kral V Filippin donanmasına məxsus olub.

The Guardian qeyd edir ki, xəzinənin dəyəri bir milyard funt sterlinqə (1,5 milyard dollar) bərabərdir.

Paylaş:
696

Son xəbərlər

Bütün xəbərlər