İranda ilk dəfə qadın səfir təyin edilib

İran prezidenti Həsən Ruhani bildirib ki, ölkənin Malayziyada yeni səfiri xanım Mərziyə Əfhamı təyin edilib.
Bu haqda 1news.az “TACC”-a istinadən xəbər verir.
“İran qadınları ictimai, idman, idarəetmə kimi sahələrdə fəal iştirak edirlər. Bu qərar göstərir ki, gender məsələsi burada heç bir rol oynamır”, - deyə Ruhani bildirib.
O qeyd edib ki, Mərziyə Əfhamın səfir təyin etməkdə məqsəd ölkədə qadınlar üçün imkanların yaradılmasını göstərməkdir.
1news.az
937