Obama: “İŞİD islamı təmsil etmir, onlar qatillərdir” | 1news.az | Xəbərlər
Dünya

Obama: “İŞİD islamı təmsil etmir, onlar qatillərdir”

09:16 - 07 / 12 / 2015
Obama: “İŞİD islamı təmsil etmir, onlar qatillərdir”

İŞİD islamı təmsil etmir. ABŞ-la islam arasında müharibə olmayacaq.


1news.az “РИА Новости”-yə istinadla verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Barak Obama Ağ Evin Oval kabinetindən həmvətənlərinə telemüraciəti zamanı bəyan edib.

“Biz bir-birimizə qarşı hərəkət etməyə və bu mübarizənin ABŞ və islam arasında müharibə kimi nəzərdən keçirilməsinə yol verə bilmərik. Bu, məhz İŞİD-ə bənzər qruplaşmaların istəyidir.

İŞİD terrorçuları islam adından danışmırlar. Onlar ölüm kultunun bir hissəsi olan qatillər və başkəsənlərdir. Onlar dünyadakı 1 milyarddan çox müsəlmanın, o cümlədən terrorçuların nifrət ideologiyasını rədd edən vətənpərvər ruhlu ABŞ-lı müsəlmanların kiçik hissəsini təmsil edirlər. Terrorçuların bütün dünya üzrə ən böyük qurbanı müsəlmanlardır”, - B.Obama belə deyib.

ABŞ rəhbəri “müsəlman icmalarını şübhə və nifrətlə özündən uzaqlaşdırmaq yox, ən güclü müttəfiqlər qismində” cəlb etməyə çağırıb.

1news.az

Paylaş:
732

Son xəbərlər

Bütün xəbərlər