Hindistanda qatarın avtomobillə toqquşması nəticəsində 13 nəfər ölüb

Hindistanın şərqində yerləşən Carkhand ştatında dəmiryol keçidində qatar yolsuzluq avtomobilinə çırpılıb, nəticədə 13 nəfər ölüb. Onlardan beşi uşaqdır.
1news.az-ın “РИА Новости”-yə istinadla verdiyi xəbərə görə, bu barədə polis nümayəndəsi məlumat verib.
Şahidlərin sözlərinə görə, avtomobil şinlərindən biri dəmiryolunda ilişib. Sərnişinlər avtomobildən çıxmağa imkan tapmadan qatarla toqquşma baş verib.
Hazırda hüquq-mühafizə orqanları hadisəni araşdırır.
1news.az
832