Mənbə: Qarant Sigorta şirkəti bağlanır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mənbə: Qarant Sigorta şirkəti bağlanır

14:05 - 17 / 12 / 2015
Mənbə: Qarant Sigorta şirkəti bağlanır

Qarant Sıgorta –sığorta şirkəti öz fəaliyyətinə xitam verir.

1news.az-a bu haqda ölkənin maliyyə bazarındakı mənbədən məlumat daxil olub.

“Ehtimal ki, bu qərarın qəbuluna  səbəb şirkətin zərərlə işləməsi olub”- bildirilir.

Qeyd olunub ki, daha əvvəl şirkətin satışı istiqamətində cəhdlər olsa da, uğursuzluqla nəticələnib.

“Hal-hazırda şirkətin sığorta portfelinin başqa sığortaçıya verilməsindən söhbət gedir”- deyə, mənbə qeyd edib. İndi şirkətin saytı da lazımi səviyyədə aktivliyə malik deyil, bir çox bölmələr boşdur və hiperliklər qeyri-fəaliyyətdır .

Qeyd edək ki,  1news.az-ın əməkdaşının Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbərliyi ilə əlaqə yaratması mümkün olmayıb.

ASA –dan isə Qarant  Sıgorta şirkətinin rəsmi olaraq bağlanması haqqında məlumatın olmadığı bildirilib.

Xatırladaq ki,  Qarant  Sıgorta 29 noyabr 2007-ci ildə Garant  Holding nəzdində yaradılıb. Onun təsisçisi nəqliyyət nazirinin oğlu Anar Məmmədovdur.

Paylaş:
1994

Son xəbərlər

Şamaxıda zəlzələ olub

12 / 04 / 2025, 16:10

Azərbaycan nefti bahalaşıb

12 / 04 / 2025, 12:06
Bütün xəbərlər