13 yaşlı qız doqquzmərtəbəli binanın damında selfi çəkərkən yerə yıxılsa da, sağ qalıb
Rusiyanın Tula şəhərində 13 yaşlı qız hündürmərtəbəli binanın damında selfi çəkmək istərkən yerə yıxılıb. Lakin sağ qalıb.
“Bədbəxt hadisə 19 dekabr tarixində saat 19.00-da, hava qaraldığı vaxt baş verib. 3 nəfət yeniyetmə selfi çəkmək üçün evin damına çıxıb. İlkin məlumatlara görə, 13 yaşlı qız telefonla şəkil çəkdirməyə diqqətini yönəltdiyindən evin damındakı kabellərə fikir verməyib və ayağı ilişərək yıxılıb”- TASS-a Ruisya DİN regional idarəsindən məlumat verilib.
Təsadüf nəticəsinda sağ qalan yeniyetmə müxtəlif bədən xəsarətləri almaqla canını qurtarıb. İndi zərərçəkən xəstəxanadadır və hüquq-mühafizə orqanlarına ifadə verib.
Faktla bağlı araşdırma aparılır. Evin damına girişin nə üçün açıq olduğu müəyyənləşdirilir.
TASS