İranda keçirilmiş görüşlərdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilmişdir | 1news.az | Xəbərlər
Dünya

İranda keçirilmiş görüşlərdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilmişdir

21:34 - 22 / 12 / 2015
İranda keçirilmiş görüşlərdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilmişdir

İqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İran İslam Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirmişdir.

Nazirlikdən verilən məlumata əsasən, İranın rabitə və informasiya texnologiyaları naziri, Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi ilə keçirilmiş görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə olunmuş, yeni inkişaf mərhələsinə qədəm qoymuş əlaqələrin genişlənməsi üçün qısa müddət ərzində bir sıra işlərin görüldüyü diqqətə çatdırılmışdır.

Nazir Şahin Mustafayev qeyd etmişdir ki, Şimal-Cənub nəqliyyat dəhlizinin təkmilləşdirilməsi Azərbaycan və İran arasında iqtisadi, ticarət və turizm sahəsində əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcək, ölkələrimiz arasında yükdaşımalar dəfələrlə artacaqdır.

Mahmud Vaezi İran və Azərbaycan arasında iqtisadi, ticarət, elmi və mədəni sahələrdə əməkdaşlığın əhəmiyyətli dərəcədə inkişaf etdiyini qeyd etmiş, Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı görülən işlərin əlaqələrimizin daha da inkişafında əhəmiyyətini vurğulamışdır.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin İranın iqtisadi məsələlər və maliyyə naziri Əli Teyyibniya ilə görüşündə iqtisadi-ticarət, maliyyə, bankçılıq, sığorta, investisiya qoyuluşu sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilmişdir.

Nazir Şahin Mustafayev qeyd etmişdir ki, son dövrdə ölkələrimiz arasında 50-ə yaxın qarşılıqlı səfərin həyata keçirilməsi, biznes forumların təşkili əlaqələrimizin yüksələn xətlə inkişaf etməsinin göstəricisidir. Vurğulanmışdır ki, Dövlət Komissiyasının 10-cu iclası çərçivəsində Azərbaycan və İranın mərkəzi bankları arasında əlaqələrin genişləndirilməsinə dair müzakirələr də aparılmışdır. Nazir Əli Teyyibniya Azərbaycan-İran əlaqələrinin inkişafı istiqamətində son zamanlar görülən işlərin müsbət nəticə verəcəyinə əminliyini vurğulamış, ticarət əlaqələrinin inkişafı baxımından nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsinin, Azərbaycan və İran arasında gömrük-keçid məntəqələrində 24 saatlıq iş rejiminin tətbiqinin vacibliyini qeyd etmişdir.

İranın nəqliyyat və şəhərsalma naziri Abbas Əhməd Axondi ilə keçirilmiş görüşdə nazir Şahin Mustafayev ölkəmizdə beynəlxalq səviyyəli nəqliyyat infrastrukturunun yaradılması sahəsində əldə edilmiş uğurlar, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Şimal-Cənub nəqliyyat dəhlizinin imkanları barədə məlumat vermişdir.

Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2015-ci il tarixli “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncamı Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə əlaqələndirilməsi və bu sahədə görülən işlərin sürətləndirilməsi baxımından əhəmiyyətlidir.

Azərbaycan nümayəndə heyəti səfər zamanı İranın birinci vitse-prezidenti İshaq Cahangiri tərəfindən qəbul edilmişdir. Görüşdə İshaq Cahangiri İranın Azərbaycanla müxtəlif sahələrdə əlaqələrin inkişafında maraqlı olduğunu qeyd etmiş, ölkəsinin Azərbaycanla regional və beynəlxalq səviyyədə terrorizmlə mübarizədə əməkdaşlıq etməyə hazır olduğunu vurğulamışdır.

Nazir Şahin Mustafayev dövlət başçılarının qarşılıqlı səfərlərinin ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətini qeyd etmiş,  Azərbaycanın İranla əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu, qarşılıqlı investisiya qoyuluşu və iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişafı üçün potensialı diqqətə çatdırmışdır.

1news.az

Paylaş:
1156

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər