Ermənistanın keçmiş müdafiə nazirinin müavini həbs olunub | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanın keçmiş müdafiə nazirinin müavini həbs olunub

21:40 - 22 / 12 / 2015
Ermənistanın keçmiş müdafiə nazirinin müavini həbs olunub

Yerevan şəhəri Mərkəz və Nork-Maraş inzibati rayonları ümumi yurisdiksiya məhkəməsi “cinayətkar əməkdaşlığa qatılmaqda” ittiham olunan sabiq Ermənistan müdafiə nazirinin müavini Vahan Şirxanyan barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.

Sabiq müdafiə nazirinin müavini Yerevanda “silahlı mütəşəkkil qruplaşmanın zərərsizləşdirilməsi” cinayət işi çərçivəsində Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) tərəfindən ötən şənbə saxlanılıb.

MTX öz rəsmi saytında Vahan Şirxanyanın bu il noyabrın 25-də zərərsizləşdirildiyi bildirilən “cinayətkar qrupla əlaqədə” olduğu, “konkret rol” oynadığı və “konkret tapşırıqlar” yerinə yetirdiyi qeyd olunur.

Sözügedən “mütəşəkkil dəstənin” cinayət işi üzrə həbs olunanların dəqiq sayı məlum deyil, qeyri-rəsmi mənbələr 30-dan çox adamın həbs olunduğunu bildirirlər.

Vahan Şirxanyan Ermənistanda terror aktları hazırlamaqda şübhəli bilinən dəstənin başçısı, 16 il İspaniyada yaşadıqdan sonra 2015-ci ildə yenidən Yerevana qayıtmış 34 yaşlı Artur Vardanyanla tanışlığını inkar etmir, lakin özünü günahkar bilmir, jurnalistlərə Şirxanyanın vəkili Tiqran Ter-Yesayan deyib.

Bundan başqa, ailəsi erməni katolik dininə sitayiş edən Vahan Şirxanyanın “mütəşəkkil qruplaşma”nın cinayət işi üzrə həbs olunmuş Gümri erməni katolik kilsəsinin dini rəhbəri Anton Totoncyanla da yaxından tanış olduğunu etiraf edib.

Vahan Şirxanyanın 68 yaşı var. Müxtəlif illərdə o, Ermənistan hökuməti nəzdində mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə DİN şöbəsinə başçılıq edib, müdafiə, milli təhlükəsizlik və daxili işlər üzrə daimi parlament komissiyasının sədri olub.

1995-1999-cu illərdə Vahan Şirxanyan Ermənistan müdafiə nazirinin birinci müavini, baş nazir müavini vəzifələrində çalışıb.

1999-2000-ci illərdə Ermənistan hökumətində nazir vəzifəsində istehsalat infrastrukturlarının əlaqələndirilməsi ilə məşğul olub.

BBC

Paylaş:
837

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər