Rusiya mətbuatı: Erməni qadın azərbaycanlı əri ilə birlikdə İŞİD-ə qoşulub – VİDEO
28 yaşlı Moskva sakini Mariya Samoylova azərbaycanlı həyat yoldaşı Yuri İsmayılovla birlikdə İŞİD sıralarına qoşulmaq üçün ölkədən qaçıb.
1news.az-ın Lifenews saytına istinadən verdiyi xəbərə görə, bu barədə polisə adıçəkilən qadının 51 yaşlı atası Artur Mkrtumyan məlumat verib. Onun sözlərinə görə, qızı vətəndaş nikahında yaşadığı azərbaycanlı biznesmenlə birlikdə Bakıya getmək istəyib. Lakin nədənsə cütlük ora Türkiyədən getməyə qərar veriblər.
Türkiyəyə getdikdən sonra artıq iki aydır ki, qızından bir xəbər ala bilməyən A.Mkrtyan qızının əri ilə birlikdə İŞİD-ə qoşulduğunu güman edir.
M.Samoylovanın anası isə qızının İŞİD-ə qoşulmadığını və Bakıda olduqlarını düşünür.
Rusiyanın hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparırlar.
1news.az