İstanbul aeroportunda partlayış: 2 nəfər yaralanıb | 1news.az | Xəbərlər
Dünya

İstanbul aeroportunda partlayış: 2 nəfər yaralanıb

09:45 - 23 / 12 / 2015
İstanbul aeroportunda partlayış: 2 nəfər yaralanıb

Bu gün səhər İstanbulun “Sabiha Gökçen” hava limanında baş verən partlayış nəticəsində iki nəfər qadın yaralanıb.

Bu haqda 1news.az-ın Hurriyet qazetinə istinadən verdiyi xəbərə görə, partlayış Bakı vaxtilə səhər 04.05-də baş verib.

Partlayışdan əsasən aeroport işçiləri yaralanıb ki, onlardan birinin vəziyyəti ağırdır. Məlumatda qeyd olunur ki, qadınlardan biri əlindən, o birisi isə başından yaralanıb.

İstanbulun qubernatoru Vasip Şahin bildirib ki, hadisə yerində mütəxəssislər araşdırma aparır və partlayışın səbəbləri də onların söyləyəcəyinəticələrdən sonra veriləcək.

1news.az

Paylaş:
1926

Son xəbərlər

Bütün xəbərlər