Anonymous-un hakerləri Türkiyəyə kiber müharibə elan etdi | 1news.az | Xəbərlər
Dünya

Anonymous-un hakerləri Türkiyəyə kiber müharibə elan etdi

10:36 - 23 / 12 / 2015
Anonymous-un hakerləri Türkiyəyə kiber müharibə elan etdi

Anonymous-beynəlxalq haker qruplaşması Türkiyəni İŞİD terror təşkilatına dəstək olmaqda günahlandıraraq türk saytlarına kiberhücum təşkil edib.

Ötən həftə 40 000 türk saytı hakerlərin kiberhücumuna məruz qalıb.

Anonymous hava limanları, bank və dovlət qurumlarına  həyati vacib sistemlərə, bundan əlavə, Türkiyəni infrastrukturunun “əsas server”lərinə hücum təşkil etməklə təhdid edib.

“Əgər siz İŞİD-ə dəstəyi dayandırmasanız sizin internetə hücumu davam etdirəcəyik”- Anonymous-un bəyanatında deyilir.

Ötən həftə hakerlər həm də Türtiyəyə qarşı kütləvi DDoS -hücum təşkil edib və zamanla daha intensiv olacağı ilə təhdid ediblər. “Bu ağılsızlığa son qoyun, taleyininz öz əlinizdədir”- hakerlər video görüntülərdə bildirib.

Forbes

Paylaş:
854

Son xəbərlər

Bütün xəbərlər