Ermənistanda həbs edilən soydaşımız azadlığa buraxıldı | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanda həbs edilən soydaşımız azadlığa buraxıldı

09:55 - 24 / 12 / 2015
Ermənistanda həbs edilən soydaşımız azadlığa buraxıldı

Qanunsuz olaraq Gürcüstan-Ermənistan sərhədini keçməkdə təqsirli bilinən Gürcüstan vətəndaşı, milliyyətcə azərbaycanlı olan Turqay Mikayılov azadlığa buraxılıb.

1news.az xəbər verir ki, bu barədə Ermənistanın “news.am” saytı məlumat yayıb.

Məlumata görə, dekabrın 23-də Lori rayon Məhkəməsi onu təqsirli hesab edərək, barəsində 5 ay azadlıqdan məhrum etmə hökmü çıxarılıb. T. Mikayılovun iyulun 23-dən həbs olunduğu və 5 ay həbsdə qaldığı nəzərə alınaraq soydaşımız məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Turqay Mikayılov bu il iyulun 23-də Gürcüstandan Ermənistanın Lori vilayətinin Dzyunaşox kəndinə piyada keçib. 35 yaşlı azərbaycanlıya Cinayət Məcəlləsinin sərhəddi qanunsuz keçmə maddəsi ilə cinayət işi açılıb. O, həmin vaxt içkili vəziyyətdə olduğunu bildirib.

 1news.az

Paylaş:
916

Son xəbərlər

Bütün xəbərlər