Prezident intihar etmək istəyən şəxsi xilas elədi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Boğaziçi körpüsündə intihar etmək istəyən vətəndaşın həyatını xilas edib.
1news.az-ın Türkiyənin "Hürriyyet" saytına istinadən verdiyi xəbərə görə, ölkə prezidentinin komvoyu İstanbulun Avropa hissəsindən Asiya hissəsinə keçən zaman Boğaziçi körpüsündə dayanmalı olub.
Bu zaman polislər özünü körpüdən aşağı atmaq istəyən şəxsi fikrindən daşınırmağa çalışırdılar.
Bunu görən Ərdoğan oturduğu avtomobilin pəncərisinin şüşəsini aşağı endirərək, həmin adamı yanına çağırıb. Prezidentin yanına gələn həmin şəxs Rəcəb Tayyib Ərdoğanın əlini öpərək ona problemini danışıb.
Bundan sonra prezidentin müşaviri onu Mabeyn iqamətgahına aparıb və bununla da Türkiyə prezidenti intiharın qarşısını almış olub.
1news.az