Türkiyədə terrorçular sərnişin təyyarəsini atəşə tutublar | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə terrorçular sərnişin təyyarəsini atəşə tutublar

10:01 - 25 / 12 / 2015
Türkiyədə terrorçular sərnişin təyyarəsini atəşə tutublar

Türkiyənin Diyarbəkir şəhərindəki aeroportda terrorçular uçuş zolağına enən sərnişin təyyarəsiniatəşə tutublar.

1news.az Huriyyet qəzetinə istinadla xəbər verir ki, Fəhlə Kürd Partiyasının (PKK) üzvləri əvvəlcə lazer sistemli, sonra isə iriçaplı silahlardan istifadə ediblər. Atışma polis tərəfindən qeydə alınaraq hadisəhaqda aeroport dispetçerlərinə xəbər verilib.

Pilotlar təyyarənin işıqlarını söndürərəkistiqaməti dəyişiblər. İnsident zamanı təyyarənin göyərtəsində heç bir problem qeydə alınmayıb.

Qeyd edək ki, bir neçə gündür ki, Türkiyənin cənub-şərqində irimiqyaslı antiterror əməliyyatları həyata keçirilir. PKK-nın üzvləri bütün təyyarələrə, eləcə də sərnişin təyyarələrinə atəş açırlar.

1news.az

Paylaş:
847

Son xəbərlər

Bütün xəbərlər