Dövlət Xidməti: Ölkədə ətin qiymətinin qalxması müşahidə olunmur | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dövlət Xidməti: Ölkədə ətin qiymətinin qalxması müşahidə olunmur

14:02 - 28 / 12 / 2015
Dövlət Xidməti: Ölkədə ətin qiymətinin qalxması müşahidə olunmur

İqtisadiyyat və Sənaye Nazirliyi bəzi mətbu orqanlarda ölkə bazarlarında ətin qiymətinin artması ilə bağlı gedən xəbərlərə münasibət bildirib.

1news.az-ın verdiyi xəbərə görə, nazirlikdən son günlər bəzi KİV-lərdə ətin qiymətinin artması barədə yayılan məlumatların heç bir əsası olmadığı bildirilib. Qeyd olunub ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarına mütəmadi olaraq nəzarət olunur və ətin qiymətində hər hansı dəyişiklik qeydə alınmayıb.

“Hazırda Bakıdakı satış məntəqələrində mal ətinin 1 kq-ı istehlakçılara 6,50-8 manat arasında təklif edilir. Qoyun ətinin 1 kq-ı isə əvvəlki aylarda olduğu kimi, 8-10 manata satılır.

Bununla yanaşı, artıq Bakı və Sumqayıt şəhərlərində Yeni il bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə satış yarmarkaları fəaliyyət göstərir. Həmin yarmarkalarda mal ətinin 1 kq-nın qiyməti 5,50-6 manat arasındadır”- deyə, nazirlikdən bildiriblər.

1news.az

 

Paylaş:
943

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər