ABA rəhbərliyi: “Manatın devalvasiyası banklararası konsolidasiya prosesini fəallaşdıracaq” | 1news.az | Xəbərlər
İqtisadiyyat

ABA rəhbərliyi: “Manatın devalvasiyası banklararası konsolidasiya prosesini fəallaşdıracaq”

09:35 - 28 / 12 / 2015
ABA rəhbərliyi: “Manatın devalvasiyası banklararası konsolidasiya prosesini fəallaşdıracaq”

Manatın devalvasiyası banklar arasındakı konsolidasiya prosesini fəallaşdırmağa ehtiyac yaradır.

Bu haqda ATV telekanalına müsahibə verən Azərbaycan Banklar Asossiasiyasının (ABA) sədri Zakir Nuriyev bəyan edib.

Onun sözlərinə görə, bundan öncə də bank sektorunda konsolidasiya prosesi baş verib. Bəzi banklar bank olmayan kredit təşkilatlarına transformasiya olunub.

“Yeni reallıq bu proseslərin daha sürətlənməsini tələb edir. Bu mənada banklar arasında belə müzakirələrin aparılması zəruridir. Bank sektorunda bunu yaxşı anlayırlar”, - Z.Nuriyev deyib.

1news.az

Paylaş:
1516

Son xəbərlər

Bütün xəbərlər