Rusiyada əhalini İŞİD-ə qoşulmağa çağıran azərbaycanlı qadın barəsində cinayət işi başlanıb | 1news.az | Xəbərlər
Dünya

Rusiyada əhalini İŞİD-ə qoşulmağa çağıran azərbaycanlı qadın barəsində cinayət işi başlanıb

10:01 - 28 / 12 / 2015
Rusiyada əhalini İŞİD-ə qoşulmağa çağıran azərbaycanlı qadın barəsində cinayət işi başlanıb

Rusiya hüquq-mühafizə orqanları İŞİD-ə qoşulduğu üçün Kemerovo vilayətinin biri azərbaycanlı olan iki qadın sakininə qarşı cinayət işi başlayıb.

1news.az-ın «Газета Кемерова» nəşrinə istinadla verdiyi məlumata görə, Federal Təhlükəsizlik Xidmətinin açıqlamasında hazırda Suriya ərazisində yaşayan qadınların internet vasitəsi ilə Kemerovo vilayətinin sakinlərini İŞİD-ə qoşulmağa çağırdıqları bildirilir.

Kemerovo şəhərinin 26 yaşlı azərbaycanlı sakini və 25 yaşlı Novokuznetsk şəhər sakini yerli sakinləri İŞİD-in nəzarətində olan ərazilərə getməyə razı salmağa çalışıblar.

Təqsirləndirilən şəxsləri 10 il müddətinə azadlıqdan məhrum edilmə və təxminən 7 min dollar cərimə gözləyir. 

1news.az

Paylaş:
959

Son xəbərlər

Bütün xəbərlər