ASA: Həyat sığortası bazarında yığım 15% artıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 26,1%-i və yaxud 105,3 milyon manatı həyat sığortasının payına düşüb.
1news.az-ın Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) verilən məlumatına əsasən, 2014-cü ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarı 14,8% böyüyüb.
Həyat sığortasındakı yığımların 59,2%-i və yaxud62,3 milyon manatı həyatın yaşam sığortasının, 27,1%-i və yaxud28,6 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 12,3%-i və yaxud12,9 milyon manatı həyatın ölüm halından sığortasının, 1%-i və yaxud1,1 milyon manatı əmək qabiliyyətinin sığortasının, cəmi 0,3%-i və yaxud390 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.
11 ay ərzində həyat sığortası üzrə həyata keçirilmiş ödənişlərin məbləği isə 42,7 milyon manat təşkil edib. Bu da ümumi ödənişlərin 27,1%-ni təşkil etməklə, 2014-cü ilin eyni dövrünə nisbətən 59,2% çoxdur.
Həyat sığortası üzrə ödənişlərin 90,6%-i və yaxud38,7 milyon manatı həyatın yaşam sığortasının, 4,7%-i və yaxud2 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, yenə 4,7%-i və yaxud2 milyon manatıhəyatın ölüm halından sığortasının, cəmi 13,7 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.
Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 40,6 manat ödəniş edilib. 2014-cü ilin yanvar-noyabr aylarında bu rəqəm 29,3 manat olub.
1news.az