Azərbaycanın 8 sığorta şirkəti sığorta haqlarını artırıb– HESABAT | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanın 8 sığorta şirkəti sığorta haqlarını artırıb– HESABAT

17:17 - 29 / 12 / 2015
Azərbaycanın 8 sığorta şirkəti sığorta haqlarını artırıb– HESABAT

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda toplanmış sığorta haqlarının məbləğinə görə, 1-ci yeri “Paşa Sığorta” şirkəti tutub.

1news.az-a Azərbaycan Sığortaçılar Assosiasiyasından verilən məlumata görə, şirkət 11 ayda 59,7 milyon manat sığorta haqqı toplayıb. Sonrakı yerlərdə qərarlaşan “Paşa Həyat Sığorta”nın yığımları 50,9 milyon manat, “Atəşgah Sığorta”nın yığımları isə 40,8 milyon manat olub. Sığorta yığımlarının məbləğinə görə, ilk 5-liyi “Azərsığorta” (38,2 milyon manat) və “Atəşgah Həyat Sığorta” (35 milyon manat) şirkətləri tamamlayırlar. Ümumilikdə bazarın 56%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 225 milyon manat) düşür.

Ən az sığorta haqqı toplayanlar isə “Başak İnam” (961 min manat), “Amrah Sığorta” (818 min manat), “Azərqarant” (221 min manat), “Çartis Azərbaycan” (62 min manat) və “Günay Sığorta” (62 min manat) şirkətləri olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 2,1 milyon manat olub və ümumi sığorta yığımlarının 0,5%-ni təşkil edib.

Lisenziyası ötən ilin dekabrında dayandırılmış, bu ilin iyununda isə ləğv edilmiş “Era-Trans” sığorta şirkəti təbii olaraq sığorta haqqı toplamayıb.

Ümumilikdə 27 sığorta şirkətindən 2-də sığorta haqlarının məbləği 50 milyon manatdan çox, 1-də 40 milyon manatdan çox, 3 şirkətdə 30 milyon manatdan çox, 5 şirkətdə 10 milyon manatdan çox, 5 şirkətdə 5-10 milyon manat arasında, 5 şirkətdə 1 milyon manatdan 5 milyon manata qədər, 2 şirkətdə 500 min manatdan 1 milyon manata qədər, 4 şirkətdə isə 500 min manatdan da aşağıdır. Şirkətlərdən 8-də sığorta haqlarının artımı, 19-da isə azalması baş verib.

11 ayda sığorta ödənişlərinin məbləğinə görə də 1-ci yerdə “PAŞA Sığorta” şirkətidir – 27,4 milyon manat. Sonrakı yerləri tutmuş “Qala Həyat Sığorta”nın ödənişləri 17 milyon manat, “Atəşgah Sığorta”nın ödənişləri isə 14,4 milyon manat təşkil edib. Ödənişlərin məbləğinə görə, ilk 5-liyi “Atəşgah Həyat Sığorta” (12,8 milyon manat) və “Azərsığorta” (11,6 milyon manat) şirkətləri tamamlayır. Ümumilikdə, ödənişlərin 53%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 83 milyon manat) düşür.

Ən az ödəniş edən şirkətlər isə “Era-Trans” (183 min manat), “Günay Sığorta” (82 min manat), “Çartis Azərbaycan” (53 min manat) və “Azərqarant” (2 min manat manat) olub. Bu şirkətlərin ümumi göstəricisi 356 min manat olub ki, bu da ödənişlərin 0,2%-ni təşkil edir.

Ümumilikdə 27 sığorta şirkətindən 1-də ödənişlərin məbləği 20 milyon manatdan çox, 5-də 10 milyon manatdan çox, 4-də 5 milyon manatdan çox, 10-da 1 milyon manatdan 5 milyon manata qədər, 3 şirkətdə 500 min manatdan 1 milyon manata qədər, 1 şirkətdə 100 min manatdan 500 min manata qədər, 3 şirkətdə isə 100 min manatdan da aşağıdır. Şirkətlərdən 15-də sığorta ödənişlərinin artımı, 12-də isə azalması baş verib.

1news.az

Paylaş:
760

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər