ŞƏT Azərbaycanla dialoq üzrə tərəfdaşlıq statusunu təqdim etmək haqqında memorandumu imzalamağa hazırdır | 1news.az | Xəbərlər
Dünya

ŞƏT Azərbaycanla dialoq üzrə tərəfdaşlıq statusunu təqdim etmək haqqında memorandumu imzalamağa hazırdır

09:38 - 29 / 12 / 2015
ŞƏT Azərbaycanla dialoq üzrə tərəfdaşlıq statusunu təqdim etmək haqqında memorandumu imzalamağa hazırdır

anxay Əkdaşq Təşkilatı Azərbaycanla dialoq üzrə fdaşq statusunu qdim etmək haqqında memorandumu imzalamağa hazırdır".

1news.az xəbər verir ki, bunu Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Dmitri Mezentsev TASS agentliyinə müsahibəsində bildirib.

Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşünün detallarına dair verdiyi müsahibədə təşkilat rəhbəri nazirlə görüşdə müşahidəçi dövlətlərlə, ŞƏT-lə dialoq üzrə tərəfdaşlarla bağlı mövzunun müzakirə olunduğunu da qeyd edib: "Müşahidəçi dövlətlərlə qarşılıqlı fəaliyyətin yeni səviyyəyə çatdırılmasına nail olunub. Misal üçün, Çinin Çjençou şəhərində hökümət başçılarının "6+6" formulunda baş tutan görüşündə Belarus ilk dəfə müşahidəçi qismində ümumi müzakirələrdə bərabərhüquqlu iştirakçı kimi iştirak edib. Mən naziri gələn ilin əvvəlində Şanxay Əməkdaşlıq Təşkilatının Azərbaycan, Ermənistan və Nepalla dialoq üzrə tərəfdaşlıq statusunu təqdim etmək haqqında memorandumu imzalamağa hazır olduğu barədə məlumatlandırdım. Bununla yanaşı qeyd etdim ki, Şanxay Əməkdaşlıq Təşkilatı ailəsində dialoq üzrə əməkdaşlıq statusunda ilk memorandum bu ilin payızında Kamboca Krallğı ilə imzalanıb".

1news.az

Paylaş:
935

Son xəbərlər

Bütün xəbərlər