2015-ci il üzrə neftin orta qiyməti 40 dollar ola bilər | 1news.az | Xəbərlər
İqtisadiyyat

2015-ci il üzrə neftin orta qiyməti 40 dollar ola bilər

09:40 - 29 / 12 / 2015
2015-ci il üzrə neftin orta qiyməti 40 dollar ola bilər

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,29 dollar yaxud 3,38% ucuzlaşaraq 36,81 dollar/barel təşkil edib.

1news.az xəbər verir ki, "Brent" markalı neft isə 1,27 dollar və ya 3,35% ucuzlaşaraq 36,62 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 40 dollar/barel olacağı gözlənilir.

Paylaş:
801

Son xəbərlər

Bütün xəbərlər