İraqlı dirijor İŞİD-ə qarşı mübarizəni ifa etdiyi musiqi ilə aparır
İraqın məşhur milli simfoniya orkestrının drijoru Kərim Vəsfi Bağdadın terror aktları baş verən küçələrinə gələrək insanları cəsarətləndirmək üçün violonçeldə musiqi ifa edir.
1news.az CNN-ə istinadən xəbər verir ki, musiqiçi ilk dəfə küçəyə Mənsur rayonunda kamikadzenin avtomobili partlatmasından sonra çıxıb.
Həmin vaxt o özü yazdığı "Bağdadın matəm melanxoliyası" vibratosundan parça ifa etmişdi. Bütün prosesi lentə almaq və onu internetə yerləşdirməklə onun yaxın dostu Əmmar əl-Şahbəndər məşğul olub. Bir müddət sonra digər partlayışlardan birində onun dostu da həyatını itirib. Növbəti gün Vəsfi dostunun öldüyü yerdə düm ağ geyinərək çıxış edib.
Vəsfi öz musiqi kampaniyasını "Sülh naminə musiqi" adlandırır. O aprel ayından İŞİD terrorçularının Bağdadda törətdikləri artıq on partlayış yerində ifa edib.