Xalq Bank müştərilərinin itkilərini qarşıladı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Xalq Bank müştərilərinin itkilərini qarşıladı

10:52 - 29 / 12 / 2015
Xalq Bank müştərilərinin itkilərini qarşıladı

Xalq Bank ASC müştərilərinin 18-20 dekabr tarixlərdə ABŞ dolları ilə həyata keçirilən plastik kart əməliyyatlarında milli valyutanın məzənnəsinin dəyişməsi nəticəsində yaranan itkilərini qarşıladı.

1news.az bankın mətbuat xidmətinə istinadən xəbər verir ki, qeyd olunan günlərdə aparılan bütün əməliyyatlar dolların köhnə məzənnəsi ilə hesablanıb.

Ətraflı məlumat almaq üçün Bankın filiallarına, www.xalqbank.az internet səhifəsinə və ya 138 qısa nömrəsi ilə Məlumat mərkəzinə müraciət edə bilərsiniz.

Paylaş:
922

Son xəbərlər

Bütün xəbərlər