"Azeri LT CIF" markalı neftin qiyməti 38,23 dollar oldu
Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,18 dollar yaxud 0,47% bahalaşıb.
1news.az-ın məlumatına görə, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 38,23 dollara bərabərdir.
Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
847