"UTair" Azərbaycanla bağlı qalmaqallı xəbər haqda
"UTair" aviaşirkəti bu gün kütləvi informasiya vasitələrində Rusiyadan Azərbaycana uçuşların dayandırılması ilə bağlı yayılan xəbərləri təkzib edib.
Aviaşirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, "UTair" şirkəti bu gün də Azərbaycandan və Azərbaycana növbəti marşrutlar üzrə müntəzəm reysləri yerinə yetirir.
Həmin reyslər aşağıdakı kimidir:
Nijnevartovsk-Xantı Mansiysk - Bakı və geri - həftədə 1 dəfə
Surqut - Bakı - Surqut - həftədə 1 dəfə
Tümen - Bakı - Tümen - həftədə 1 dəfə
Moskva (Vnukovo h/l) - Naxçıvan - Moskva (Vnukovo h/l) - həftədə 1 dəfə
Moskva (Vnukovo h/l) - Gəncə - Moskva (Vnukovo h/l) - həftədə 5 dəfə (1, 2, 3, 5, 6 gün)
...Saat 14:35...
Rusiya şirkəti Azərbaycana olan təyyarə uçuşlarını ləğv edib. ANS PRESS-in məlumatına görə, "UTair" aviaşirkəti 10 reysin yerinə yetirilməsinə dair icazəni itirib.
Hava Nəqliyyatı Agentliyi ("Rosaviasiya") "UTair" aviaşirkətinin lisenziyanı geri aldığı uçuşlar arasında Bakı və Gəncəyə reysləri də var.
ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, artıq adıçəkilən hava yolu ilə Samaradan Bakıya uçuşlar həyata keçirilməyəcək.
Agentlikdən verilən məlumatlara əsasən, hava reyslərinin ləğv edilməsi beynəlxalq hava sərnişin və yük daşınmasının yerinə yetirilməsinə dair müvafiq lisenziyalara edilən dəyişikliklərlə bağlıdır.
Ləğv edilən uşuşlar arasında Kazan-Bakı, Krasnodar-İrəvan, Mineralnıye Vodı-İrəvan,Rostov-na-Donu-Barselona, Rostov-na-Donu-İrəvan, Samara-Bakı, Soçi-İrəvan, Surqut-Gəncə, Tümen-Gəncə reyslərinin də adı var.
Aviaşirkətin öz saytında əmr barədə heç bir məlumat yoxdur.
Bakı-Samara aviareysi
2014-cü ilin mart ayında "UTair-Ukraine" aviaşirkəti Xarkov-Bakı-Xarkov marşrutu üzrə birbaşa uçuşları dayandırıb.
"UTair" - Rusiyanın iri aviaşirkətlərindən biridir. O, sərnişin və yükdaşıma reysləri yerinə yetirən ən böyük şirkətlərdəndir. Bu aviaşirkətə "UTair-Ukrayna", "UTtair-helikopter" xidmətləri də daxildir. Aviaşirkət dünyada ən iri yükdaşıma qabiliyyətinə malik olan şirkətlərdən sayılır. Rusiyanın Aeroflot və Transaero şirkətlərindən sonra "UTair" 3-cü yerdə durur. O, 2014-cü il ərzində 8.5 milyon sərnişin daşıyıb.
Anspress.com