İraqda hərbi bazaya hücum nəticəsində 16 nəfər ölüb
İraqın Səlahəddin vilayətinin mərkəzi şəhəri Tikritin şimalındakı Spyker hərbi bazasında terrorçu kamikadzenin bombanı partlatması nəticəsində 16 polis ölüb, 11 polis isə yaralanıb.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadən xəbər verir ki, hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb. Düşərgənin qərb qapıları tərəfdə də 5 terrorçu kamikadzenin zərərsizləşdirildiyi bildirilir.
Bir müddət əvvəl İraq hökümət qüvvələri Ramadi şəhəri İŞİD silahlılarından təmizlədiyini elan edib. Amma buna baxmayaraq İŞİD-lə İraq höküməti arasında qarşıdurmalar davam edir. Xüsusən şəhərin mərkəzində və şimal-şərqində şiddətli döyüşlər gedir, terrorçularla yanaşı İraq qüvvələri də böyük itki verir.
606