ABŞ-da naməlum şəxs bir qadın və 11 uşağı girov götürüb | 1news.az | Xəbərlər
Dünya

ABŞ-da naməlum şəxs bir qadın və 11 uşağı girov götürüb

17:02 - 05 / 01 / 2016
ABŞ-da naməlum şəxs bir qadın və 11 uşağı girov götürüb

ABŞ-da hoteldə naməlum şəxs tərəfindən bir qadın və 11 uşaq girov götürülüb.

1news.az-ın “NBC News”a istinadən verdiyi məlumata görə, hadisə Atlanta (Corciya ştatı) şəhəri yaxınlığında baş verib. 

Uşaqların bir kişi tərəfindən girov götürüldüyü ehtimal olunur. Uşaqların 3 ay-17 yaş arasında olduğu bildirilir. 

Hadisə yerində xüsusi təyinatlılar, polis və xilasedicilər işləyirlər.

NBC News

Paylaş:
792

Son xəbərlər

Bütün xəbərlər