SOCAR-ın ötən il ixrac edilən neft məhsullarının həcmi açıqlanıb
Azərbaycan Dövlət Neft Fondu (SOCAR) 2015-ci ilin dekabr ayında Supsa limanından 253 min 506 ton, Ceyhan limanından 1 milyon 852 min 763 ton xam neft ixrac etmişdir.
SOCAR-ın saytına istinadən verilən məlumata əsasən, ümumilikdə yanvar-dekabr ayları ərzində Novorossiysk limanından 1 milyon 270 min 108 ton, Supsa limanından 2 milyon 794 min 905 ton, Ceyhan limanından isə 17 milyon 931 min 458 ton xam neft ixrac edilmişdir.
SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.
1news.az
762