Türkiyədə sərnişin avtobusu aşıb: 5 nəfər ölüb, 25 nəfər yaralanıb | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə sərnişin avtobusu aşıb: 5 nəfər ölüb, 25 nəfər yaralanıb

10:45 - 05 / 01 / 2016
Türkiyədə sərnişin avtobusu aşıb: 5 nəfər ölüb, 25 nəfər yaralanıb

Bu gün səhər Türkiyənin Konya bölgəsinin Eregli rayonunda sərnişin avtobusunun aşması nəticəsində 5 nəfər həlak olub, 25 nəfər yaralanıb.

1news.az-ın Sabah nəşrinə istinadla verdiyi xəbərə görə, yol-nəqliyyat hadisəsi Eregli-Adana yolunda baş verib. Sürücü yolların buz bağlaması səbəbilə qəzanın öhdəsindən gələ bilməyib. Avtobus əsas yoldan çıxaraq aşıb.

5 nəfər ağır dərəcəli yaralı Eregli dövlət xəstəxanasına çatdırılıb.

1news.az

 

Paylaş:
771

Son xəbərlər

Bütün xəbərlər