İstanbulda antiterror əməliyyatı keçirilib
Türkiyə hüquq-mühafizə orqanları İstanbulun iki rayonunda antiterror əməliyyatı keçirib.
1news.az Milliyet-ə istinadən xəbər verir ki, PKK terror təşkilatının üzvü olan 6 şəxs saxlanılıb. Verilən məlumata görə, həmin şəxslər meqapolisdə terror aktı keçirməyi planlaşdırırdı.
Kartal və Sancaqtepe rayonlarında axtarış zamanı şübhəli şəxslərdən bir tapanca, bir avtomatik ov tüfənği, bir quru sıx tapanca, çoxlu sayda mərmi, elektron avadanlıq və şifrələnmiş torrorçu sənədləri ələ keçirilib.
Saxlanılan şübhəlilərin Türkiyə güvənlik güçlərinə qarşı əldə hazırlanan partlayıcı maddələrlə terror aktı həyata keçirmək planının olduğu iddia edilir.
1news.az
974