"Türkiyə Hava Yolları"-nın 84 reysi təxirə salınıb | 1news.az | Xəbərlər
Dünya

"Türkiyə Hava Yolları"-nın 84 reysi təxirə salınıb

09:33 - 06 / 01 / 2016
"Türkiyə Hava Yolları"-nın 84 reysi təxirə salınıb

"Türkiyə Hava Yolları" şirkəti 6 və 7 yanvar tarixlərində İstanbulun hava limanlarından 84 reysin eniş və qalxmasını təxirə salıb.

1news.az "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, reyslər İstanbulda güclü külək və leysan ehtimalına görə təxirə düşüb.

Xəbərdə bildirilib ki, təxirə düşən reyslər sırasında həm daxili həm də xariçi aviareyslər vardır. Səyahətdən öncə müştərilər şirkətin saytından əlavə məlumat əldə edə bilər.

Məlumata görə təxirə salınan reyslər arasına İstanbul-Bakı reysi də daxil edilib.

Paylaş:
924

Son xəbərlər

Bütün xəbərlər