Azərbaycanda 2015-ci ildə daha çox sığortalanan avtomobil markaları
2015-ci ildə Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə daha çox “VAZ” markalı avtomobillər sığortalanıb.
Bu haqda 1news.az-a İcbari Sığorta Bürosundan (İSB) bildirilib.
Xüsusən də, ötən ildə AVSMMİS-in sığortanın bu növü üzrə müqavilələri254,717 min “VAZ” markalı avtomobil sahibləri imzalayıb ki, bu da ümumi müqavilə gücünün 26,4%-ni təşkil edir.
İkinci yerdə - Mercedes-Benz(175,163 min), üçüncü yerdə - Hyundai (55,223 min), dördüncü yerdə - Toyota (41,811 min), beşinci yerdə isə - Opel (34,350 min) AVSMMİS-in sığorta müqavilələrini imzalayıb.
Daha sonrakı yerləri Nissan (27,638 min),Ford (27,346 min),KIA (26,540 min),Mitsubishi (21,857 min), Volkswagen (18,833 min) markalı avtomobillər tutur.
Azərbaycanda İSB “Sığortanın icbari növləri haqqında” qanun çərçivəsində yaranıb ki, 16 dekabr 2011-ci il tarixindən fəaliyyətə başlayıb.
Qanun icbari sığortanın 5 növünü: Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS), sərnişinlər, daşınmaz əmlak, daşınmaz əmlakın istismarı ilə mülki məsuliyyət, eləcə də istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsiüzrə tənzimlənir.
Hazırda AVSMMİS-in baza tarif qiyməti 50 manat təşkil edir. Bu da nəqliyyat vasitəsinin mühərrik gücünün 1500 kubmetri ilə ölçülür.
Qeyd edək ki, hazırda 16 şirkət icbari sığorta üzrə Büronun üzvüdür, onlardan yalnız 11-i AVSMMİS-in xidmətlərini həyata keçirmək üçün lisenziyaya sahibdir.
1news.az