Dövlət Gömrük Komitəsi: Bəzi işbazlar idxal əməliyyatları zamanı vəsaitin dövlət büdcəsinə tam ödənməsindən yayınmağa çalışırlar | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dövlət Gömrük Komitəsi: Bəzi işbazlar idxal əməliyyatları zamanı vəsaitin dövlət büdcəsinə tam ödənməsindən yayınmağa çalışırlar

00:06 - 06 / 01 / 2016
Dövlət Gömrük Komitəsi: Bəzi işbazlar idxal əməliyyatları zamanı vəsaitin dövlət büdcəsinə tam ödənməsindən yayınmağa çalışırlar

Dövlət Gömrük Komitəsi: Bəzi işbazlar idxal əməliyyatları zamanı vəsaitin dövlət büdcəsinə tam ödənməsindən yayınmağa çalışırlar.

"Son illər baş verən qlobal iqtisadi böhran dünyanın əksər ölkələrinin iqtisadiyyatına mənfi təsir göstərib. Neftin qiymətinin son bir ildə aşağı düşməsinə paralel olaraq əksər ölkələrin milli valyutaları kimi Azərbaycan manatı da devalvasiyaya məruz qalıb. Neftdən asılılığın aradan qaldırılaraq ölkə iqtisadiyyatının qorunması məqsədilə yerli istehsalın stimullaşdırılması və inkişaf etdirilməsi, idxal-ixrac əməliyyatlarının təşviqi istiqamətində bir sıra addımlar atılır. Ancaq bu tədbirlərin reallaşdırılması zamanı  sahibkarların, yerli istehsalçıların hüquqları ilə yanaşı, ilk növbədə dövlətin mənafeləri də qorunmalıdır".

Bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin bu gün yaydığı məlumatda bildirilir.

Məlumatda deyilir ki, bəzi işbazlar manatın devalvasiyaya uğraması ilə ölkədə yaranan iqtisadi mühitdən istifadə edərək, xüsusilə idxal əməliyyatları zamanı dövlət büdcəsinə çatacaq vəsaitin tam ödənməsindən yayınmağa çalışır.

Dövlət Gömrük Komitəsi Maliyə Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov bildirib ki, xarici iqtisadi fəaliyyət iştirakçıları ölkə ərazisinə idxal etdikləri malları bəyan edərkən qiymətlərə və malın dəyərləndirilməsinə çox diqqət etməlidir: “Mala istənilən sənəd təqdim etməklə istədiyi qiyməti tətbiq etmək niyyətində olmaq heç də malın düzgün qiymətləndirilməsinə gətirib çıxara bilməz. Əfsuslar olsun ki, bu gün bir sıra işbazlar bundan sui-istifadə edərək orijinal invoys adı altında mallarını bəyan etmək xəyalına düşürlər. Onlar  düşünməlidirlər ki, Azərbaycan qanunları var, malın gömrük dəyərləndirilməsi gömrük tarifi haqqında qanuna görə həyata keçirilir. Gömrük xidməti bugünkü bazarı, yerli istehsalçıların və istehlakçıların maraqlarının qorunması məqsədilə malın bəyan edilməsinə nəzarət edir. Təqdim olunan sənədlərdə yanlışlıqlar baş verərsə, mal düzgün bəyan olunmayıbsa, QATT-ın VII maddəsində təsbit olunan prinsiplərə və “Gömrük tarifi haqqında” qanuna uyğun olaraq malın dəyərləndirməsi aparılır və dövlət büdcəsinə gömrük ödənişləri həyata keçirilir.

İdarə rəisi onu da bildirib ki, hazırda bu işbazlar əsasən armatur və meyvə məhsullarının idxalı ilə məşğul olan şəxslərdir.

M. Vahabov onu da əlavə edib ki, hazırda bütün məhsulların minimum qiymətləri müəyyən edilərək ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinin bazasında yerləşdirilib, istənilən vaxt sahibkarlar müraciət edib qiymətlərlə tanış ola bilərlər.

APA

Paylaş:
1607

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər