Keçən il BTC kəməri ilə 28,8 milyon tondan çox Azərbaycan nefti nəql edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Keçən il BTC kəməri ilə 28,8 milyon tondan çox Azərbaycan nefti nəql edilib

14:55 - 07 / 01 / 2016
Keçən il BTC kəməri ilə 28,8 milyon tondan çox Azərbaycan nefti nəql edilib

2015-ci ilin dekabrında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəməri vasitəsilə 2 milyon 461 min 645 ton Azərbaycan nefti nəql olunub.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, 2015-ci ildə bu kəmərlə ümumilikdə 28 milyon 835 min 543 ton neft ötürülüb.

Ümumiyyətlə, BTC istifadəyə verilən gündən 2016-cı il yanvarın 1-nə qədər kəmərə 292 milyon 675 min 389 ton neft vurulub.

2015-ci ilin dekabrında BTC kəməri ilə 316 min 340 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub. Ümumiyyətlə, 2015-ci ildə BTC ilə nəql olunan Türkmənistan və Qazaxıstan neftinin həcmi 23 milyon 683 min 545 ton təşkil edib.

1news.az

Paylaş:
820

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25

Sabahın hava proqnozu

06 / 06 / 2025, 12:05

Çaylarda sululuq artıb

06 / 06 / 2025, 10:14
Bütün xəbərlər