Kapital Bankda valyuta əməliyyatları davam edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kapital Bankda valyuta əməliyyatları davam edir

15:30 - 07 / 01 / 2016
Kapital Bankda valyuta əməliyyatları davam edir

Kapital Bankın filial və şöbələrində bütün valyuta mübadilə əməliyyatları üzrə xidmətlər davam edir.

Bu haqda Bankdan verilən məlumata görə, Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi qaydalara uyğun olaraq 500 ABŞ dollarından yuxarı bütün valyuta mübadilə əməliyyatları yalnız şəxsiyyət vəsiqəsi ilə aparılır.

Bütün bank xidmətləri, o cümlədən, kart əməliyyatları, təcili pul köçürmə əməliyyatları əvvəlki qaydada həyata keçirilir. Pul köçürmə sistemləri vasitəsilə xarici valyutada daxil olan vəsaitləri müştərilər Bankın istənilən filialından qəbul edə bilərlər. Qeyd edək ki, bank hesablarının sahiblərinə kart əməliyyatlarının aparılmasında heç bir məhdudiyyət qoyulmayıb.

Müştərilərin rahatlığını təmin etmək məqsədilə təcili pul köçürmə sahəsində daha bir yenilik tətbiq olunacaq. Tezliklə “Xəzri” beynəlxalq sürətli pul köçürmə sistemi ilə göndərilən vəsaitləri günün 24 saatı, həftənin 7 günü fəaliyyət göstərən Kapital Bank bankomatlarından da çıxarmaq mümkün olacaq.

Kapital Bank tərəfindən manatla kreditlərin verilməsi də əvvəlki şərtlər və faiz dərəcələri ilə həyata keçirilir. 15 yanvar tarixinədək “Gündəlik tələbat” kredit növü üzrə istənilən məbləğdə kredit götürən şəxslər “Yeni il” hədiyyə kampaniyası çərçivəsində uduş fonduna daxil olan müxtəlif hədiyyələr qazanmaq imkanı əldə edəcəklər.

Paylaş:
2412

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər