Almaniyada günəş batareyalarının populyarlığı artır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Almaniyada günəş batareyalarının populyarlığı artır

09:40 - 07 / 01 / 2016
Almaniyada günəş batareyalarının populyarlığı artır

Hazırda dünyada ən çox istyifadə olunan energetika texnikası günəş fotovolt panelləri və dəyişdiriciləridir.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu bazarda sərt rəqabət mövcuddur. Günəş batareyaları istehsalçılarının çoxu PERC texnologiyasını (Passivated Emitter Rear Cell – arxa səthdə passivasiya) tətbiq etməklə, alimlərin son 20 ildə işləyib hazırladıqları monokristal silisiumdan ifrat nazik modulların istehsalına keçirlər. Yüksək səmərəlilik və az miqdarda silisium sərfi onları daha dəyərli edir.

Almaniyada günəş batareyalarının ən iri istehsalçılarından biri olan “SolarWord” konserni (Bonn) də belə təbəqələr istehsal edən şirkətlər sırasındadır.

Ötən payız Almaniyada daha bir yenilik–günəş batareyası üçün silisiumdan düzəldilmiş özək təqdim olunub. Texnologiyanı Almaniya alimi Martin Hermle işləyib. Burada passivasiya edən qatın qalınlığı bir millimetrin iki milyonda bir hissəsini təşkil edir. Faydalı iş əmsalı isə 25 faizdən çoxdur. Almaniyalı alimlər hesab edirlər ki, bu son hədd deyil. Onların hesablamalarına görə, günəş modullarının səmərəliliyini nəzəri baxımdan hətta 29 faizə çatdırmaq olar.

Paylaş:
879

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər