Türkiyə baş nazirinin müavini: Enerji resursları regional siyasət və ölkə strategiyasının formalaşmasında əsas mövzudur
“Enerji resursları mövzusu Türkiyənin regional siyasəti və strategiyasının formalaşmasında açar mövzulardan biridir. Ölkəmiz enerji resurslarının nəqlində mühüm dəhliz olmaqla yanaşı, həm də iri həcmdə neft –qaz istifadəçisidir.
1news.az Haberler.com-a istinadən xəbər verir ki, Vaşinqtonda səfərdə olan Türkiyə baş nazirinin müavini Mehmet Şimşək bildirib.
Bununla əlaqədar olaraq o, Türkiyənin İraq, Azərbaycan və Türkmənistanla qaz layihələri haqqında danışıqları vurğulayıb.
İsraillə münasibətlərin normallaşması məsələsini şərh edən M.Şimşək qeyd edib ki, bununla bağlı mühüm addımlar atılıb.
“Ümid edirik ki, nəticədə razılıq əldə olunacaq. Bu təkcə Türkiyənin deyil bütövlükdə dünya ictimaiyyətinin maraq dairəsində olan məsələdir”, - deyə, baş nazirin müavini bildirib.
Bununla yanaşı M. Şimşək Ankara və Tel-Aviv arasında münasibətlərin normallaşdırılması prosesinin Türkiyə-Rusiya arasında böhranla əlaqəli olduğu mülahizəsini inkar edib.
“Türkiyə-İsrail əlaqələrinin normallaşmasının yalnız qaz məsələsi ilə bağlı olduğunu zənn etmək doğru deyil. Türkiyə enerji təchizatı məsələsində bir ölkəyə bağlı deyil. Çatdırmanın çox istiqamətli olması hər zaman rasionaldır”, - Şimşək bildirib