Nazirlik: Azərbaycanın 6 ağırlıqqaldıranının dopinqə düşməsi ilə bağlı apelyasiya şikayəti veriləcək | 1news.az | Xəbərlər
İdman

Nazirlik: Azərbaycanın 6 ağırlıqqaldıranının dopinqə düşməsi ilə bağlı apelyasiya şikayəti veriləcək

16:44 - 13 / 06 / 2016
Nazirlik: Azərbaycanın 6 ağırlıqqaldıranının dopinqə düşməsi ilə bağlı apelyasiya şikayəti veriləcək

Azərbaycanın 6 ağırlıqqaldıranında dopinq tapılıb.

Bu barədə 1news.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Məlumata görə, dopinq tapılan idmançılardan Əliquluzadə Elxan,Anqelova Silviya, Quliyev Firidun, Xristov Valentin, Zairov İntiqam – hər biri 8, Dadaşbəyli Dadaş isə 4 illiyinə yarışlardan diskvalifikasiya olunub.

Məsələ ilə bağlı nazirlikdən bildiriblər ki, idmançıların təlim-məşq toplantılarına qatılması, yarışlara ezam olunması baş məşqçi tərəfindən aparılır. Federasiyalar ilk növbədə idmançılar üzərində nəzarəti daha da möhkəmləndirməli, mütəmadi şəkildə idmançıların dopinq müayinələrinin aparılması üçün nazirliyə müraciət etməlidir.

“Nazirlik bütün federasiyalara dopinq yoxlamaları ilə bağlı yeniliklər, tərkibində dopinq olan yeni dərman ləvazimatlarının siyahısını mütəmadi təqdim edir. Bütün lazımi işlərin aparılmasına baxmayaraq, əfsuslar olsun ki, bəzi hallarda diqqətsizlik nəticəsində içilən hansısa maye və ya yemək idmançının dopinqə düşməsinə səbəb ola bilər. Bu səbəbdən idmançıları çəkdikləri zəhmətin bəhrəsinin hədər getməməsi məqsədi ilə maksimal dərəcədə diqqətli olmağa çağırırıq. Baş verən bu hadisə ilə bağlı çox narahatıq və bu istiqamətdə lazımi tədbirlər görüləcək.

Sonda bildirmək istərdik ki, Beynəlxalq Federasiya tərəfindən bu barədə qərarın verilməsinə baxmayaraq, idmançıların apelyasiyaya verərək öz hüquqlarını müdafiə etmək imkanı var və Gənclər və İdman Nazirliyi Ağırlıqqaldırma Federasiyası ilə birgə bu istiqamətdə işlər aparır”- deyə, nazirlikdən bildiriblər.

Qeyd edək ki, Azərbaycan Antidopinq Konvensiyasına qoşulan ilk 40 ölkə arasındadır. Bununla yaynaşı, Konvensiyaya qoşulduqdan sonra Azərbaycan hökuməti Milli Məclis tərəfindən xüsusi olaraq yaradılmış Komitə vasitəsi ilə antidopinq üzrə qanun işləyən ilk ölkələrdən biridir.

Qanunda bir sıra maddələrlə yanaşı, eyni zamanda dopinqdən istifadə olunacağı təqdirdə, idmançı və məşqçiyə cinayət işinin açılması maddəsi də öz əksini tapacaq.

Bundan başqa dopinqlə mübarizə məqsədi ilə Gənclər və İdman Nazirliyinin nəzdində  10 ildən artıqdır ki, dopinqlə mübarizə şöbəsi fəaliyyət göstərir.

Nazirlik MDB ölkələri arasında  idmançıların dopinq nümunələrini mütəmadi olaraq yoxlamağa göndərən  ölkələr arasında ilk üçlükdədir.

1news.az

 

Paylaş:
911

Sizin üçün xəbərlər

Son xəbərlər

Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıb - VİDEOBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29
Bütün xəbərlər